Bakı Fond Birjasında “Açılış zəngi” mərasimi keçirilib - FOTOLAR
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında (BFB) “Açılış zəngi” mərasimi keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, mərasimdə Bakı Fond Birjasın (BFB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Rövşən Nəcəf, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, “PAŞA bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev və Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov iştirak ediblər.
Mərasimə, həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar.
“AzerGold” QSC-nin sədri Zakir İbrahimov Cəmiyyətin istiqrazlarla bağlı reallaşan təşəbbüsünün ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədi daşıdığını qeyd edib. O, sözügedən emissiyanın vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olması üçün əlverişli fürsət olduğunu diqqətə çatdırıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “AzerGold” istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb. Nazir “AzerGold”un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Daha sonra BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev yeni istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olacağını və investorlar üçün daha geniş imkanların yarandığı münbit sərmayə mühitini formalaşdıracağını diqqətə çatdırıb.
Tədbirin sonunda emitent “Azergold” QSC-nin nümayəndəsi tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)




