UBER-də pulsuz gedə biləcəksiniz
İndi Unibankın MasterCardı kartları ilə UBER-də pulsuz gedə biləcəksiniz.
İyulun 17-dək AppStore/PlayStore-dan UBER aplikasiyasını yükləyib Unibankın Mastercard ödəniş sistemində olan kartnız ilə qeydiyyatdan keçin və 10 AZN-ə qədər olan ilk 2 gedişi pulsuz qazanın. Hələ də MasterCard-nız yoxdursa, istənilən Unibank filialından cəmi 3 AZN-nə ALBALI PLUS debet kartını əldə edərək, bu hədiyyədən faydalana bilərsiniz. Eləcə də Unibankın digər Matercard kartları sizə pulsuz gediş qazanmaq imkanı verir.
Qeydiyyat zamanı MasterCard ödəmə kartı kimi əlavə olunmalı, “MastercardBaku” promo kodu daxil edilərək ödəniş həyata keçirilməlidir. Kampaniya yalnız yeni UBER istifadəçilərə şamil olunur.
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “UBER” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” KB ötən ilin oktyabrından birgə layihəyə başlayıblar. Layihə çərçivəsində UBER-in tərəfdaş sürücülərinə qazandıqları vəsaiti rahat istifadə edə bilmək üçün unikal təklif təqdim edilir. Bunun üçün hər bir UBER sürücüsü Unibankın Bakı (Abşeron) filialına yaxınlaşıb VÖEN hesabı açır. Sürücüyə “Mastercard” debet kartı ALBALI PLUS təqdim olunur. UBER tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz UBER-in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.
Bundan başqa, UBER sürücüləri Unibankın “SMS Banking”, “Unibank Biznes Mobile” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana bilirlər. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəmir. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək hissəsi “cash back” kimi geri qaytarılır, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























