Avtomobil biznesinin vəziyyəti ağırlaşmaqda davam edir
Minik avtomobili idxalı azalmaqda davam edir
Xəbər verdiyimiz kimi, 2017-ci ilin Yanvar-Mart aylarında Azərbaycana 1431 ədəd nəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5% çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycana 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
“Marja” xəbər verir ki, nəqliyyat vasitələrinin idxalında artım yük avtomobillərinin idxalının atmasından qaynaqlanıb. Əslində minik avtomobillərinin idxalı 4% azalıb. Belə ki, bu ilin Yanvar-Mart aylarında 1185 ədəd minik avtomobili idxal olunub. Keçən ilin anoloji dövründə minik avtomobili idxalı 1235 ədəd təşkil etmişdi.
Keçən ilin ilk rübündə 97 ədəd yük avtomobili idxal olnarkən, bu ilin anoloji dövründə idxal 195 ədəd təşkil etmişdir. Yük avtomobili idxalındakı 98 ədədlik artım cəmi nəqliyyat vasitələrinin idxalının artmasında səbəb olub.
2017-ci ilin Yanvar-Mart aylarında ölkəmizə 25 ədəd avtobus, 1185 ədəd minik avtomobili, 195 ədəd yük avtomobili, 26 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. 2016-cı ilin Yanvar- Mart aylarında Azərbaycana 19 ədəd avtobus, 1235 ədəd minik avtomobili, 97 ədəd yük avtomobili, 11 ədəd xüsusi təyinatlı avtomobil idxal olunmuşdu.
Minik avtomobili idxalının azalması rəsmi distribyutor və dilerlərin satışlarının çox aşağı qalmaqda olduğuna işarə edir.
Son iki ayda Dolların Manat qarşısında bir qədər ucuzlaşması avtomobil satışlarını cüzi canlandıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)

