Bank “BTB” də maliyyə göstəricilərini açıqladı
Bank “BTB” ASC 2017-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 3 mlyon 453 min manat, faiz xərcləri isə 2 milyon 371 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 819 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 981 min manat olub.
Hesabat dövründə Bank “BTB” kreditlərə ehtiyatın yaradılması ayırmaya görə 1 milyon 143 min zərər etmişdir.
31 Mart 2017-ci il tarixinə Bankın aktivləri 239 milyon 23 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,34% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 15,08% artım var.
Bankın depozit portfeli 84 milyon 285 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artmışdır.
Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 milyon 246 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
25 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır











.jpg)



.jpg)








