“Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün həmsədr olmasın?”
“Bu, bizim mövqeyimizdir və mən bunu bir neçə dəfə açıqlamışam. Bir də demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla çözülməsində fəal rol oynamalıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmayıb: “Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu, heç Türkiyənin qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil, bu, sadəcə, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk Qrupu çərçivəsində aparılır, ancaq bu danışıqların səmərəsi, nəticəsi yoxdur. 30 ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə də mən tam haqlı olaraq dedim ki, bir halda ki, Minsk Qrupu 1992-ci ildə formalaşdı, o zaman bu, hansı əsaslarda formalaşdı, bu haqda bizdə bir məlumat yoxdur. Əgər Minsk Qrupunun tərkibinə baxsanız, görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən, bu bölgə ilə heç bir əlaqəsi olmayan, münaqişə ilə heç zaman maraqlanmayan ölkələr də var. Onların Minsk Qrupunda mövcudluğu formal xarakter daşıyır. Əgər biz bu münaqişənin həllini istəyiriksə, biz istəyirik, orada elə ölkələr olmalıdır ki, onların gücü də, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. Minsk Qrupu həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər 3 ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün Türkiyə də həmsədr olmasın?! Ona görə də bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.
Dövlət başçısı nəzərə çatdırıb ki, geosiyasi reallıqlar dəyişib: “1902-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, onları qıcıqlandırır. Onlar öyrəşiblər, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edib. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Bizim bölgəmizdə hansı məsələ Türkiyəsiz həllini tapdı? Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir. Bu, reallıqdır və onunla hesablaşmaq lazımdır. Ona görə də müzakirələrin nə zaman başlaya biləcəyini mən indi deyə bilmərəm. Çünki bir halda ki, Ermənistan bu atəşkəsi pozur, inanmıram ki, danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda, “de-yure”, ya da “de-fakto” Türkiyə mütləq bu problemin çözülməsində olmalıdır və zatən var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm məsləhətləşmələr aparırıq. Bu proses içərisində 27 sentyabrdan bu gün qədər daima biz əlaqədəyik. Türkiyənin yüksək səviyyəli rəsmiləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə, biz “de-fakto” reallığı “de-yure” reallığa çevirməliyik”.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 16 d. əvvəl
-
17 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub















.jpg)







