İstixanalar borclarını ödəyirlər - 90%-Ə YAXINLAŞDI
Onların arasında 248 min manatlıq borcunu tam ödəyən də var2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar növbəti isitmə mövsümü yaxınlaşdıqca borclarının ödənilməsini həyata keçirirlər.
Bu barədə Marja-ya “Azəriqaz”dan bildirilib.
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafına “Azəriqaz” İstehsalat Birliyi də daim dəstək göstərir və pandemiya dövründə yaranmış borcların ödənilməsi üçün bütün mümkün şərait təmin olunur. Belə ki, debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə imkan yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarların sayı da getdikcə artmaqdadır.
“Təkcə onu qeyd edək ki, borcların ödənilməsi üzrə ən çox problemli hallarla rastlaşılan Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda fəaliyyət göstərən istixana sahibləri oktyabr ayının birinə olan məlumata görə ümumilikdə 9 milyon manata yaxın borcdan təqribən 800 min manata yaxın olan məbləğin ödənilməsini təmin ediblər. Bu da qısa vaxt üçün, yəni “Azəriqaz” İstehsalat Birliyinin təqribən bir ay bundan öncə onlara etdiyi müraciətdən sonra normal göstəricidir. Hətta onların arasında 248 000, 213 000 min manatlıq borcunu tam ödəyənlər də var. Digərləri isə borclarının bir qismini (98 000, 58 000, 95 000 manat və s. həcmdə) ödəməklə yerdə qalan məbləğin digər hissəsinin “Razılaşma protokolu” tərtib olunmaqla 2020-ci il dekabr ayının birinədək hissə-hissə ödənilməsinə dair öhdəlik götürüblər. Həm borcunu tam, həm də hissə-hissə ödəyən istixana sahiblərinin təsərrüfatlarına qaz açılışı tam təmin edilməkdədir.
Əlavə edək ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 94,6 % təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 73,9 % təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 92,7 % təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 89,0 %-ə bərabərdir”.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)



