“Azərkosmos” vətəndaşlara müraciət etdi - TƏMƏNNASIZ TƏRCÜMƏ EDİLƏCƏK
“Azərkosmos” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində “Hər şey Vətən üçün, hər şey qələbə üçün” şüarı altında Dağlıq Qarabağ hadisələri haqqındakı tarixi faktların və erməni saxtakarlığını sübuta yetirən məlumatların rus, ingilis və fransız dillərinə təmənnasız tərcümə olunması təşəbbüsünə start verik.
Bu barədə səhmdar cəmiyyətinin vətəndaşlara müraciətində bildirilir.
"Azərbaycanın bütövlüyü və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda ölkəmiz bu gün düşmənə qarşı həm ön cəbhədə, həm də informasiya cəbhəsində mübarizəsini davam etdirir.
Dünyada kök salmış erməni yalanlarını ifşa etmək və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün bu gün informasiya cəbhəsində hər birimiz mübariz bir əsgərik.
Hazırkı informasiya mübarizəmizdə əsas vəzifəmiz ermənilərin yaydığı və hələ də davam etdirdiyi saxta məlumatlara sarsıdıcı zərbə vurmaqdır. Bunun üçün Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə fərqli dillərdə dünyaya çatdırmalıyıq.
Ermənistan-Azərbaycan münaqişəsini təhlil edən yerli tarixçilər, politoloqlar, iqtisadi ekspertlər və digər aidiyyəti tədqiqatçılar bu təşəbbüsə qoşulmaqla öz məlumatlarını sosial şəbəklərdə fərqli dillərdə aktiv yaymaq imkanı əldə edə bilərlər.
Tərcümə üçün tarixi faktlara söykənən və əsaslı təhlil olunmuş məlumatlarınızını ad, soyad və telefon nömrənizlə birgə [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.
Əminik ki, ən yaxın zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşa qalasına sancacaq və bizə Qarabağımızın qələbə xəbərini çatdıracaqlar!”, - deyə müraciətdə qeyd olunub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 42 d. əvvəl
-
51 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
























