Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır

Müflis elan olunmuş “Standard Insurance” Sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən ASC “Standard Insurance” Sığorta şirkətinin Bakı şəhəri Ş. Bədəlbəyli küç. 96, AZ1014. ünvanında yerləşən baş ofisinin binası satışa çıxarılır.

Bu barədə ləğv prosesində olan şirkətin ləğvetmə komissiyası tərəfindən Marja-ya məlumat verilib.

Məlumatda qeyd olunub ki, şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, AMB İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə Standard Insurance Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.

27.10.2020 09:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18