Maliyyə bazarlarında son vəziyyət
EUR: AVRODA ARTIM MEYLLƏRİ
Bu gün saat 20:00-da AMB sədri Kristin Laqardın çıxışı gözlənilir.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi əgər $1.1870 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri $1.1919 və $1.1965 səviyyələri ola bilər.
GBP: FUNT YENİDƏN BAHALAŞA BİLƏR
Cari ticarət həftəsinin ikinci günündə Bakı vaxtı ilə saat 18:00-da İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylin çıxışı gözlənilir. Eyni zamanda, Breksit danışıqlarında uzlaşmanın əldə olunmaması da funtu təzyiq altında saxlayır.
Bazar ertəsi 1.3165 hədlərinə qədər ucuzlaşan GBP/USD cütlüyü hazırda 1.3210 hədlərində ticarət edilir. 1.3245 həddinin qırılacağı təqdirdə isə 1.3313 həddi ilk müqavimət kimi çıxış edə bilər. Yenidən 1.3190 həddinin aşağıya doğru qırılacağı təqdirdə isə 1.3165 və 1.3105 hədlərinə kimi ucuzlaşa bilər.
FOREX: QIZILDA ÜFÜQİ TREND BİTƏ BİLƏR
Ötən həftənin əvvəlindən üfüqi trend yaradan qızıl artım meyllərini qoruyur. Qiymət əgər $1896 səviyyəsini qırarsa, növbəti hədəfləri $1908 və $1921 səviyyələri ola bilər.
Noyabrın 17-də əsas diqqət mərkəzində olacaq xəbərlərdən biri də Bakı vaxtı ilə saat 17:30-da açıqlanması gözlənilən, ABŞ-da pərakəndə satışların həcmi ilə bağlıdır. Oktyabrda pərakəndə satış dövriyyəsinin 0.5% artımla açıqlanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
2 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
-
2 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
4 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
Ən çox oxunanlar
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac





















