Azərbaycanda həyat sığortası 16%, qeyri-həyat sığortası isə 6% artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 259,239 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 369 milyon 135 min manat təşkil edib. Bu isə illik müqayisədə 6,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,4 dəfə artaraq 218 milyon 91 min manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 1,7% azalaraq 131 milyon 945 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 84,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,75 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 40,8 manat və 38,7 manat olub.
Könüllü sığorta 12%, icbari sığorta isə 5% artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 435 milyon 222 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,45% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5,3% artaraq 193 milyon 152 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 293 milyon 939 min manat təşkil edib ki, bu da illik müqayisədə 84,1% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 14,9% azalaraq 56 milyon 96 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 67,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-oktyabr aylarında 41,25 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,9 manatdan 29,05 manata düşüb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)












.jpg)

