"50 milyonluq hər bir azərbaycanlı bu Fonda nəzarət edə biləcək”
“YAŞAT” Fonduna ümumi nəzarəti həyata keçirmək üçün 11 nəfərlik Himayəçilik Şurası yaradılıb. Amma elə bir sistem qurulacaq ki, 50 milyonluq hər bir azərbaycanlı bu Fonda nəzarət edə biləcək”.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında deyib.
“İctimai nəzarət hər bir azərbaycanlının iştirakı ilə tənzimlənəck. Hər bir şəxs Fondun ictimai nəzarətçisi olacaq”, - o bildirib.
Həmçinin Ülvi Mehdiyev bildirib ki, YAŞAT” Fonduna ianə edən hər bir şəxsin bu platformada xüsusi kabineti yaradılacaq. Hər bir şəxs o kabinet vasitəsilə ödədiyi vəsaitin necə xərcləndiyini müşahidə edəcək”.
“Biz bütün şəhid və yaralı hərbçi ailələrinin ehtiyaclarını müəyyənləşdirəcəyik və ianələr hesabına onların ehtiyacları qarşılanacaq. Bu fond yardımsevərlərin fondudur”, - o bildirib.
Ülvi Mehdiyev, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaradılan yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Son dövrlər cəmiyyətdən gələn müxtəlif təşəbbüslər var. Ayrı-ayrı vətəndaşlar həmin yaralı hərbçilərin və şəhid ailələrinə dəstək olmaq istəyirlər. Məhz bunları nəzərə alaraq şəffaf bir platformanın yaradılması qərara alınıb. Bu, mərkəzləşdirilmiş platforma olacaq. Burada hər kəsin şəxsi kabineti olacaq” deyib.
“Şəhid ailələri və yaralananların ehtiyacları 4 istiqamətdə müəyyənləşəcək”, - o bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




