Alfa Romeo Giulietta artıq Bakıda!
Alfa Romeo brendi avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi yeni modellərini təqdim etməyə davam edir.
“Autolux Azərbaycan” şirkətindən “Marja”ya verilən məlumata görə, “Küləyə qalib gəl!” marafonunda Alfa Romeo Giulietta modelinin təntənəli təqdimatı keçirilib.
100 ildən artıq tarixi olan Alfa Romeo yalnız avtomobil istehsal etməklə kifayətlənməyib sosial layihələrə qoşularaq insan həyatı və sağlamlığına fokuslanmışdır. “Bakı Marafonu – 2017” idman layihəsində iştirakının əsas məqsədi insanları sağlam həyat tərzinə həvəsləndirməkdir. Alfa Romeo 4C Start nöqtəsindən qaçıcıları müşayiət edib və marafon qalibləri ilə birgə Finiş xəttinə gəlib, sevinclərini onlarla bölüşmüşdür.
Bakı Olimpiya stadionunda təşkil olunmuş Alfa Romeo güşəsində Alfa Romeo Giulietta modeli iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Burada markanın bütün model cərgəsi, Alfa Romeo Giulia, Alfa Romeo Mito və Alfa Romeo 4C də nümayiş olunmuşdur.
Təqdimatı reallaşandan sonra tədbir qonaqları Alfa Romeo Giulietta ilə daha yaxından tanış ola bildilər. Modelin yeni ön hissəsi klassik Alfa Romeo motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilmişdir. Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar Giulietta modelinə cəzbedici və iddialı görünüş verir.
170 at gücünü 1.4 litr həcmli mühərrikdə performans və qənaət arasında mükəmməl bir balans yaradır.
Alfa Romeo Giulietta yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun edə biləcək bir avtomobildir. Giulietta'nın bütün elementləri hər şərtdə mükəmməl qüvvət və çeviklik tarazlığını təmin edəcək şəkildə hazırlanmışdır.
Alfa Romeo markasının rəsmi distribütoru “Autolux Azərbaycan” şirkətindən verilən məlumata görə yay aylarında bazara markanın tarixində ilk krosover Alfa Romeo Stelvio təqdim olunacaq.
Giulietta və Alfa Romeo markasının digər modelləri haqqında ətraflı məlumat almaq üçün Ü. Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz. Alfa Romeo brendinin yeniliklərini “Alfa Romeo Azerbaijan” Facebook və İnstagram səhifələrindən izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















