Banka gəlmədən əmək haqqı layihəsinə qoşulmaq təklifi!
Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir(®️) Kapital Bank xalqımızın Vətən Müharibəsində Qələbə qazanması münasibətilə yeni “Zəfər Kampaniyası”nı təqdim edir. Bu yenilikdən hələ də Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər.
Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əmək haqqı layihələrinə qoşulan müştərilərə, əmək haqqı kartları üzrə mədaxil komissiyasına 25% endirim təqdim edilir, əmək haqqı kartları isə pulsuz verilir. “Zəfər Kampaniyası” 1 mart 2021-ci il tarixinədək davam edəcək. Lakin əmək haqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim, kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.
Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri vardır: əmək haqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əmək haqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 11 d. əvvəl
- 27 d. əvvəl
-
48 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 55 d. əvvəl
- 58 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
















.jpg)


