Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
“Hələ də bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyillər. Hətta həmin şəxslər üçün alış-veriş etdikləri yerlərdə onlara hansı qalınlıqda torba veriləcəyi də heç bir əhəmiyyət kəsb etmir. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O qeyd edib ki, həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir: “Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır”.
H.Əlizadə bildirib ki, polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq müraciətlər hazırlanır və bu aidiyyəti qurumlara göndəriləcək: “Bundan başqa vətəndaşlar üçün də müraciətlər olacaq. Eyni zamanda "Qaynar xətt" də olacaq. Vətəndaş bilməlidir ki, hansı məsələdə hansı quruma müraciət etməlidir”.
ETSN: “Pinqvin” torbalardan istifadə qadağandır
“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar”.
Bunu isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
Onun sözlərinə görə, alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır: “Müxtəlif çeşiddə hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”.
Şöbə müdiri xatırladıb ki, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib: “Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz, “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar da aiddir. Niyə sırf belə torbalar qadağan edilib sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.
İqtisadiyyat Nazirliyi: İlkin monitorinqlərə görə, polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur
“İlkin monitorinqlərin nəticələrinə görə, polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib. O bildirib ki, qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır: “İlk tələb istehsalçılar üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır”.
Onun sözlərinə görə, bir çox istehsalçılar icazəsi olmadan polietilen torbaları istehsal edib satırlar. “Bu məsələlərə xüsusi diqqət edilməlidir. İstehsalçı məhsulun markalanmasını düzgün aparmalıdır. Standartda uyğun olanları markalanmada göstərməlidir”.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
30 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
33 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
3 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
3 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı






.jpg)















