Avropada təbii qazın qiyməti “uçur”
Avropanın təbii qaz bazarında qiymətlər ötən gün 18 faiz artıb.
Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 284 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 335 USD/1000 kubmetrdən satılıb. Bu ilin əvvəlindən 40 faizədək artan qaz qiyməti 2018-ci il sentyabrın 27-dən bu yana ən yüksək həddə çatıb. Bununla da TTF-də cari ilin orta illik qiyməti (yanvar ayının satış qiymətləri və il ərzindəki müqavilələrin məbləği) 264 USD/1000 kubmetrə çatıb.
Həmçinin Böyük Britaniyanın NBP qaz satışı mərkəzində ötən gün qiymətlər 378 dollaradək artıb. Halbuki ötən il ərzində Böyük Britaniyada qaz qitəyə nisbətən daha ucuz olub. Yalnız 2018-ci ilin mart ayının əvvəlində bütün Avropanı qğuşuna alan şaxtalar nəticəsində NBP-də qaz indikindən baha məbləığə, 1 227 ABŞ dollarından satılıb.
Bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının da artmasına təkan verib. Yanvarın 11-də yeraltı qaz anbarlarının dolma səviyyəsi 65,75 faiz olub. Halbuki ötən beş mövsümün orta səviyyəsi 66,13 faizdir.
Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 49 faiz azdır.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)





.jpg)





