Azərbaycanda əhaliyə Çin peyvəndi vurulacaq
Səhiyyə Nazirliyi: “CoronaVac” vaksini 91.25 faiz effektivdir“Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.
T. Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.
"Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"
“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”.
Bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları açıqlanıb.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:
1-ci mərhələ
- Səhiyyə işçiləri;
- 65 yaşdan yuxarı şəxslər;
- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ
- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.
"4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq"
“Bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, ikitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq: “Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var”.
Vaksinlər Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına alınacaq
Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev bildirib ki, vaksinlərin alınması Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına həyata keçirilir.
Vaksinasiyaya dair digər tədbirlərin görülməsi isə müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsi hesabına və digər maliyyə mənbələrindən olacaq.
“Əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq, bu bizə kifayət edəcək”
“COVAX çoxtərəfli platforması üzrə əhalinin 20 faizinin - 10 faiz+10 faiz olmaqla – vaksinasiya edilməsinə dair müqaviləmiz var. Bu, 2 milyon əhali edir. “Sinovac” şirkətindən də 2 milyon əhali üçün də 4 milyon doza alınacaq”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nə üçün əhalinin ən azı 60 faizi üçün vaksin sifariş edilməməsi ilə bağlı suala cavabında bildirib.
Ş. Mövsümov deyib ki, beləliklə, əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq: “Eyni zamanda xəstələnib sağalan insanlara peyvənd vurulmur, çünki onlarda artıq immunitet var. Növbəti aylarda da yoluxanlar, sağalanlar olacaq. Ona görə də hesab edirik ki, alınan vaksin bizə kifayət edəcək”.
Qeyd edək ki, dünya təcrübəsinə əsasən, virusla mübarizədə uğur qazanmaq üçün əhalinin ən azı 60 faizində immunitet formalaşmalıdır.
"Azərbaycanda 8-9 milyon insan hələ koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir"
“Ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır: “Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
18 d. əvvəl
Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı
-
-
1 saat əvvəl
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
-
1 saat əvvəl
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
-
1 saat əvvəl
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
-
1 saat əvvəl
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
-
1 saat əvvəl
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
-
1 saat əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat ödəniləcək
-
1 saat əvvəl
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
Ən çox oxunanlar
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

























