Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması məqsədilə Türkiyə təcrübəsini öyrənir

Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn seminar keçirilib.
Elektrik enerjisi bazarı və bərpa olunan enerji mənbələrinin liberal bazar münasibətləri şəraitində idarə edilməsi məsələlərinə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də iştirak edib.
Nazir Pərviz Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Türkiyənin elektrik enerjisi bazarı və bərpa olunan enerji sahəsində nailiyyətləri və bu isitiqamətdə əməkdaşlığımız da ölkəmizin elektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcəkdir.”
Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsinin hazırlandığı bildirilib.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin də Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 MVt olan külək və günəş elektrik stansiyaları ilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazara keçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə çıxışında iki ölkənin birliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, o cümlədən TANAP-ın isə Türkiyə və Avropann enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzun illərdir uğurla tətbiq edildiyini, yüksək keyfiyyətli, rəqabətədavamlı sistemin yaradıldığını, bərpa olunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən Fatih Dönməz bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və Elektrik Enerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edən seminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesində yaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması, subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili, idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindən istifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
-
19 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 22 d. əvvəl
-
23 d. əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 27 d. əvvəl
-
37 d. əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 51 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Bazarlar “istefa şok"unu yaşayır

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb

Macarıstanın Baş naziri Azərbaycana gəlir

İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir

108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə qeydə alınıb

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib
