Dövlət Neft Fondu aktivlərinin cüzi artdığını açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2020-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 360,8 milyon manat, büdcə xərcləri isə 12 milyard 425,3 milyon manat təşkil etmişdir.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 milyard 587,3 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 978,6 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 milyard 473,9 milyon manat təşkil etmişdir.
Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 milyard 200 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilmişdir. 2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2 milyon manat təşkil etmişdir.
2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56% artaraq 43 milyard 564,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir.
Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil etmişdir.
Qeyd edək ki, 31 Dekabr 2020-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 369.4 milyon dollar təşkil edib. İki qurumun ehtiyatları birlikdə - Azərbaycanın valyuta ehtiyatları 49 milyard 933.7 milyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
7 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
-
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
47 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb









.webp)









