“Həmin banklar problemi tam aradan qaldırmayıbılar, xüsusi nəzarətdədirlər” – ŞURADA MÜZAKİRƏ EDİLİB
Elman Rüstəmov: "Mövcud şəraitdə bütün banklarda portfelin pisləşməsi prosesi gedir"Ötən ilin əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmov adlarını açıqlamayaraq maliyyə vəziyyəti zəif olan bir neçə bankın nəzarətə götürüldüyünü, kapitalın artırılması üçün səhmdarlarına vaxt verildiyini bildirmişdi.
Marja-nın məlumatına görə, bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hələ də həmin banklar xüsusi nəzarətdədirlər:
“Banklarla iş prosesi gedir, keçən il onlarda kapitallaşma prosesi getdi. Proses dinamikdir. Mövcud şəraitdə bütün banklarda portfelin pisləşməsi prosesi gedir. Xüsusilə, pandemiyada zərər çəkmiş sektorlara verilmiş kreditlərə aiddir. Hamıya aydındır, onlar bu kreditləri qaytarmaqda çətinlik çəkirlər, onlar işləməyi gözləyirlər. Xidmət sektoruna verilmiş kreditlərdir, zəncirvari reaksiya ilə bütün sektorlara toxunur. Açıq da deyim ki, çatdığımız nəqtədən bir az da geriləmə baş verib. Obyektiv olaraq pandemiyanın yaratdığı problemlərdir. O banklarda yaxşılaşma var, amma problem tam aradan qaldırılmayıb, ona görə də onlar xüsusi nəzarətdədirlər. Onların səhmdarları ilə iş davam edir, bu yaxınlarda biz məsələni Maliyyə Sabitliyi Şurasının iclasında geniş müzakirə etmişik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
-
2 saat əvvəl
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
Ən çox oxunanlar
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib






















