“Coca-Cola Azərbaycan” ABŞ Dövlət Katibinin mükafatına layiq görülüb
Coca-Cola şirkəti Azərbaycanda qadınların iqtisadi inkişafı sahəsində dəstəklədiyi layihələrə görə ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatının qalibi elan edilib.
Coca-Cola Azərbaycan qadınların iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb.
Korporativ Mükəmməllik Mükafatı (KMM) ABŞ Dövlət Departmantinin ən nüfuzlu beynəlxalq mükafatlarından biridir. Bu mükafat hər il xaricdə fəaliyyət göstərən və eyni zamanda faəliyyətdə olduqları ölkələrdə yüksək sosial məsuliyyət standartları nümayiş etdirməklə Amerika dəyərlərini təmsil edən 3 ABŞ şirkətinə təqdim olunur. 2020-ci ilin dekabr ayında ABŞ Dövlət Katibinin İqtisadi İnkişaf, Enerji və Ətraf Mühit üzrə müavini Keith Krach Coca-Cola Azərbaycan nümayəndəliyinin “Qadınların iqtisadi inkişafı” kateqoriyası üzrə KMM mükafatının qalibi seçildiyini elan edib.
“Coca-Cola şirkətini Azərbaycanda qadınların inkişafı sahəsində gördüyü böyük işlər münasibətilə təbrik edirəm. Coca-Cola şirkətinin Azərbaycan bölgələrində qadınların öz iqtisadi rifahlarının yaxşılaşdırılması məqsədilə yeni bilik və bacarıqlara yiyələnmək istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndiririk. Öz əməkdaşları arasında, xüsusən də, rəhbərlik səviyyəsində gender balansının təmin edilməsi sahəsində Coca-Cola Azərbaycan şirkətinin nümunəvi fəaliyyəti bizi çox məmnun edir. Bu, Amerika şirkətlərinin xarici ölkələrdə biznes fəaliyyəti zamanı yüksək standartlara sadiq qalması ilə yanaşı, fəaliyyət göstərdikləri cəmiyyətlərin rifah halının yaxşılaşdırılması istiqamətindəki aktiv işini mükəmməl şəkildə nümayiş etdirir.” – ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger qeyd edib.
Bu mükafatla Coca-Cola Azərbaycanda qadınlar üçün iqtisadi imkanların artırılması sahəsində geniş səylərinə görə təqdir edilib. Bunun üçün Coca-Cola BMT-nın İnkişaf Proqramının (UNDP) Azərbaycan ofisi, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, Youth Inc. gənc sahibkarlar proqramı və ASAN Könüllülər təşkilatı ilə fəal əməkdaşlıq edərək bir sıra layihələr həyata keçirib. 2014-cü ildən bəri Coca-Cola-nın dəstəklədiyi və qadınların iqtisadi inkişafına xidmət edən layihələrdən 5000-dən çox qadın yararlanıb. Bu layihələrə Salyan və Neftçala rayonlarında Qadın Resurs Mərkəzlərinin yaradılması, qadınları turizm sahəsində sahibkarlığa həvəsləndirən “Uğurlu qadın, uğurlu gələcək” layihəsi və gənc qadınlara sahibkarlıq yönlü təlim kursları vasitəsi ilə dəstək verən “Youth Inc.” proqramı daxildir.
“Azərbaycanda qadınların iqtisadi inkişafı istiqamətində göstərdiyimiz səylərə görə ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatına layiq görüldüyümüz üçün böyük qürur hissi keçiririk. Biz əminik ki, biznesin inkişafı cəmiyyətlərin inkişafı ilə parallel getməlidir. Bu mənada qadınların dəstəklənməsi də məhz cəmiyyətin dəstəklənməsi deməkdir və bu, bizim sosial inkişaf prioritetlərimizdən biridir. Bu sahədə nailiyyətlərimizi təqdir etdiyinə görə ABŞ Dövlət Departamentinə minnətdarlığımızı bildirir və qadınların iqtisadi inkişafına dəstək missiyamızda bizimlə əməkdaşlıq edən dəyərli tərəfdaşlarımıza təşəkkür edirik.”- Azərbaycan Coca-Cola Bottlers şirkətinin baş direktoru Rəna Məmmədova bildirib.
ABŞ Dövlət Katibinin hər il təqdim olunan Korporativ Mükəmməllik Mükafatı xarici ölkələrdə fəaliyyəti və həmin ölkələrdə cəmiyyətlərin inkişafı üçün gördüyü işlər müddətində Amerikan biznes dəyərlərini təmsil edən ABŞ şirkətlərinə verilir. Qeyd etmək lazımdır ki, Coca-Cola Azərbaycan şirkətinin dünya səviyyəsində bu mükafatın qalibi seçilməsi Azərbaycanda fəaliyyət göstərən Amerika şirkətləri arasında bu şərəfə layiq görülməsi bir ilk olub. 2020-ci ilin digər iki qalibləri isə dayanıqlı enerji təhlükəsizliyi sahəsindəki naliyyətlərinə görə AES Panama şirkəti və Ruandada səhiyyə xidmətlərinin əlçatanlılığının artırılması sahəsində fəaliyyətinə görə Abbott şirkəti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 d. əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 5 saat əvvəl
-
8 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
8 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























