18 bioloji qida əlavəsinin qanunsuz satışının qarşısı alındı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsinə nəzarət məqsədilə Agentlik əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq çərçivəsində 18 adda bioloji fəallığa malik qida əlavəsinin qida təhlükəsizliyi sertifikatı olmadan satışının həyata keçirildiyi müəyyən edilib.
Aşkarlanan məhsulların əmtə nişanı, seriya nömrəsi və istehsal tarixləri aşağıdakı kimidir:
№ | Məhsulun əmtəə nişanı | Seriya nömrəsi | İstehsal tarixi |
1 | Naprim 30 | EX2019-186 | 11.2019 |
2 | Qanalin forte 30 | EX2019-179 | 11.2019 |
3 | Activline Vitamin C | L2900002 | 11.2019 |
4 | Rehidron bioz | TS316 | 10.2019 |
5 | Altekid drops 30 ml | 18100012 | 10.2018 |
6 | Vitazim | 53791 | 06.2018 |
7 | Qızıl mumya | 549031 | 09.2019 |
8 | Ginkqo Biloba | 113151 | 08.2019 |
9 | Laminariya | 189055 | 9.2019 |
10 | Turbosilm | 111085 | 3.2019 |
11 | Linex baby | 7598 | 12.2018 |
12 | Diabet xəstələri üçün vitaminlər №3 | 18K075 | 11.2018 |
13 | Supradin kids | 81873 | 07.2018 |
14 | Pikovit şərbət 150 ml | Z82674 | 12.2018 |
15 | Pikovit şərbət | 83328 | 03.2019 |
16 | Duovit for Women | NH1901 | 01.2019 |
17 | Troyçatka | 255073 | 04.2019 |
18 | Mastofit | 196063 | 02.2019 |
18 adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatsız satışının həyata keçirilməsi səbəbilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qeyd olunan məsələ ilə bağlı monitorinqlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















