Coca-Colanın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətində azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.
Marja-nın əldə etdiyi məlumata görə, yeni vəzifədə Elşad Fərzəliyev Coca-Cola şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.
Elşad Fərzəliyev 2014-cü ildən Coca-Cola şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.
Coca-Cola şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də Elşad Fərzəliyev bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.
Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən Coca-Cola şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








