“AS Group” şirkəti “Qarabağ Dirçəliş Fondu”na dəstək oldu - MƏBLƏĞ
“AS Group” şirkəti işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na 300 min manat məbləğində ianə edib.
Qeyd edək ki, “AS Group” şirkəti dövlətimizin 44 gün ərzində Qarabağımızın azadlığı uğrunda apardığı Vətən Müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə “Yaşat Fondu”na da 150 min manat məbləğində dəstək olmuşdu.
“AS Group” həmçinin İkinci Qarabağ Müharibəsi başladığı gündən ön cəbhədə döyüşən əsgərlərimizə və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza ərzaq təhcizatı ilə dəstək olmaqla yanaşı, öz balansındakı texnikasını ordumuz üçün səfərbər etmişdi.
Müharibə gedən dövr ərzində şirkət eləcə də, əməkdaşları arasında “Əsgərimə qanım fəda!” adlı qanvermə aksiyası keçirərək yığılan qanla döyüşlərdə yaralanan qəhrəman əsgərlərimizə dəstək olmuşdu.
Ölkəmiz Vətən Müharibəsinə başladığı gündən rəşadətli ordumuza dəstək olmağa çalışan “AS Group” şirkəti qələbəmizdən sonra da işğaldan azad edilən rayonlarımızda: Füzuli, Hadrut və Zəngilanda hərbi hissələrimizin əsgərlərinə sovqat olaraq isti geyimlər, qida və generatorlar hədiyyə etmişdi.
Bundan başqa “AS Group” şirkəti cəbhədə döyüşən və şəhid olan əməkdaşlarının ailələrinə, eləcə də digər şəhid ailələrinə maddi və mənəvi dəstək olmağa çalışır. Şirkət bütün bunları özünün Vətənimiz, dövlətimiz və cəmiyyətimiz qarşısındakı sosial məsuliyyəti və mənəvi borcu hesab edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)








