“Bizə böyük holdinqlərdən müraciət ediləndə, ona isti baxmırıq”

Azərbaycan Sahibkarlığın İnkişafı Fondu məbləğ üzrə güzəştli kreditlərin 84%-ni orta, kiçik və mikro şirkətlərə (subyektlərə) verib.
Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.
Onun sözlərinə görə, güşəştli kreditlərin 16%-ni böyük, 56%-ni orta, 16%-ni kiçik və 12%-ni də mikro subyektlər əldə edib.
Say üzrə ən çox güzəştli kreditlər mikro sahibkarlıq subyektlərinə ayrılıb (say üzrə güzəştli kreditlərin 90,1%-i). Say üzrə güzəştli kreditlərin 6.3%-i kiçik, 3.1%-i orta və 0,6%-i böyük biznesə verilib.
Beləliklə, say üzrə 3.7% güzəştli kreditlər, məbləğ üzrə güzəştli kreditlərin 72%-nə bərabər olub. Başqa sözlə, ən çox sayda güzəştli kredit mikro və kiçik sahibkarlara verilsə də, məbləğ üzrə cəmi güzəştli kreditlərin 72%-ni orta və iri sahibkarlıq subyektləri əldə edib. Bu, iri və orta şirkətlərə daha böyük məbləğlərdə güzəştli kreditlərin ayrılması ilə əlaqədardır. Belə ki, güzəştli kreditlərin 73%-i böyük həcmli kreditlər olub.
Kənan Nəcəfov Marjanın sualını cavablandıraraq bildirdi ki, iri bizneslərə daha az kredit verməyi hədəfləyirlər:
“Bizim hədəfimiz, güzəştli kreditlərin məbləğ üzrə daha çox orta, kiçik və mikro sahibkarlara verilməsidir. Say üzrə, demək olar ki, buna nail olmuşuq - say üzrə kredilərin 90,1%-i mikro subyektlərə verilib. Biz davamlı olaraq kreditlərin daha çox orta və kiçik sahibkarların əldə etməsinə çalışırıq. Bizə hər gün müraciətlər daxil olur, müraciət orta, kiçik və mikro subyektlər tərəfindən daxil olursa, ona isti baxırıq. Əgər müraciət iri şirkətə məxsusdursa, onu həm strateji olaraq prioritet saymırıq, həm də onlarla dialoqa başlayırıq, bildiririk ki, "biz sizə kredit versək siz kiçik və mikro bizneslər üçün hansı şəraitləri yaradacaqsınız, onlar da layihənizdən bəhrələnsinlər". Açıq deyim, bizə böyük holdinqlərdən müraciət gələndə biz onlara isti baxmırıq. İri sahibkarlara daha az kredit verməyi hədəfləyirik və hazırda bunun üzərində işləyirik. Bizim prioritet orta və kiçik bizneslərdir".
Kənan Nəcəfov əlavə edib ki, kiçik və orta şirkətlərin daha çox güzəştli kredit əldə etmələri üçün tam şəffaflaşmaları lazımdır: "Biz sahibkarlar ilə şəffaflaşma dialoqlarını da aparırıq. Bizə biznes planlar təqdim edildikdə, sahibkarlara, idarəetmənin səmərəli və şafaf olması şərtini irəli sürürük. "Biz çox səmərəli və şəffaf fəaliyyət göstəririk, sizdən də şəffaf işləməyi gözləyirik". Gəlin bir yerdə şəffaflaşaq. Şəffaflaşma həm sahibkarların böyüməsi və gələcəkdə asan kredit ala bilmələri, həm də uçot və vergilər üçün çox vacibdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
