"Toyota"nın xalis mənfəəti 14% azalıb
Yaponiyanın "Toyota Motor Corp." avtokonserninin 2020-2021-ci maliyyə ilinin ilk doqquz ayında (aprel-dekabr) xalis mənfəəti 14 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14,1% azdır.
Bu barədə şirkətin maliyyə hesabatında deyilir. Şirkətin bir səhmə düşən seyrəltilmiş mənfəəti isə 5,74 dollardan 4,96 dollara enib. Satış gəlirləri illik ifadədə 15% azalaraq 186,2 mlrd. dollara, əməliyyat mənfəəti isə 26,1% azalaraq 14,4 mlrd. dollara enib.
Qeyd edək ki, "Toyota" 2020-ci ilin aprel-dekabr aylarında 5,438 mln. avtomobil satıb. Bu, illik müqayisədə 20,7% azdır. Maliyyə ilinin III rübündə satışlar illik müqayisədə 6,9% artaraq 2,353 mln. avtomobil təşkil edib.
Proqnozlara gəldikdə, avtokonsern sözügedən maliyyə ili üzrə gözləntilərini yaxşılaşdırıb və ilin yekununda satış gəlirlərinin 252,7 mlrd. dollara çatacağını güman edir (ötən proqnoz – 248 mlrd. dollar). Xalis mənfəət üzrə proqnoz isə 13,54 mlrd. dollardan 18,1 mlrd. dollaradək yüksəldilib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























