970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazir London Universitetinin müəllimini özünə müşavir təyin etdi

AzVak-mobil_resmin_ustu_31
Nazir London Universitetinin müəllimini özünə müşavir təyin etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Energetika Nazirliyində yeni təyinat olub.

Məlumata görə, Nazir Pərviz Şahbazovun əmri ilə Vüsal Musayev onun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Bu təyinata qədər V.Musayev nazirliyin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Yeni təyinatla nazirin müşavirlərinin sayı 5-ə çatıb. Bundan əvvəl Zəminə Əliyeva, Cavid Abdullayev, Vüsal Rəcəbli və Xalidə Mənsimova müşavir təyin ediliblər.

İqtisad Elmləri üzrə London Universitetinin doktoru olan V.Musayev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın qabaqcıl tədris ocaqlarında təhsil almaqla yanaşı, London Universitetinin mötəbər institutlarında dərs deyib. O, eyni zamanda, neft müqavilələrindən sonra ölkəmizdə qeyri-neft sahəsinə qoyulmuş ən böyük investisiya layihələrindən biri hesab edilən və Azərbaycanın elektroenergetika sahəsində sənaye miqyaslı ilk beynəlxalq müstəqil enerji istehsalı (Independent Power Producer - IPP Project) layihəsinin pionerlərindən biri hesab edilir.

“Report”

Vüsal Musayev
11.02.2021 10:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19