Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağı keçiriləcək
Mövzu “Rəqəmsal dövrdə maliyyə savadlılığın gücləndirilməsi”dir.
12 fevral 2021 - Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Rəqəmsal dövrdə maliyyə savadlılığın gücləndirilməsi” adlı Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının keçiriləcək.
AMFA-dan Marja-ya daxil olmuş məlumata görə, Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının əsas məqsədi maliyyə savadlılığının rəqəmsallaşdırılmasını artırmaq və kənd ailələrinin bilik və bacarıqlarının artırılması üçün yerli maliyyə savadlılığı üzrə təlimçilərin informasiya texnologiyalarından istifadəyə dair məlumat bazasını yüksəltməkdir.
Tədbirin digər məqsədi Azərbaycanda Maliyyə Savadlılığı üzrə Təlimçilərin Klubunu yaratmaqdır. Klub mövcud təlim mənbələrinin yaxşılaşdırılmasına və ölkənin müxtəlif yerlərində Maliyyə Savadlılığı üzrə təlimçilər arasında inkişaf və əməkdaşlıq qurmaq üçün yeni mənbələrin aşkarlanmasına kömək edəcəkdir.
Tədbir zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin (AMFA) icraçı direktoru xanım Jalə Hacıyevanın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi xanım Kristina Məmmədovanın, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə proqram rəhbəri xanım Kinqa Dobrovskanın, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə Baş Mütəxəssisi Xanım Kristonia Lokhartın, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru cənab Erdem Çakarın, Beynəlxalq Maliyyə Korporasiyasının Mərkəzi Asiya və Azərbaycanda Elektron Rəqəmsal Maliyyə Xidmətləri Layihəsinin məsləhətçiləri xanım Savsan Kahharova və xanım Zarina Boboaliyevanın, Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Savadlılığı şöbəsinin böyük mütəxəssisi cənab Vüsal Həsənovun, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinın böyük mütəxəssisi Doktor Xəyaləddin Tağıyevin iştirakları gözlənilir.
ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.
Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağını canlı yayımda izləmək üçün 12 fevral 2021-ci il saat 10:00-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edir!
Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, layihə rəhbəri - [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
