Dünyada ən çox ağıllı telefon satan 5 marka
Apple, ağıllı telefon satışında Samsung-u keçib. Keçən ilin son rübündə 90,1 milyon ədəd ağıllı telefon satışı reallaşdıran Apple, dünyanın ən çox ağıllı telefon satan şirkəti olub.Qlobal miqyasda 2020-ci ilin son rübündə 16 milyon daha çox ağıllı telefon satılıb, Apple 23,4% bazar payı ilə Samsung-u keçməyi bacarıb.
Marjanın beynəlxalq məlumat şirkəti IDC tərəfindən nəşr olunan araşdırma məlumatlarından topladığı məlumata görə, keçən ilin oktyabr-dekabr dövründə qlobal bazarda 385,9 milyon ədəd ağıllı telefon satılıb.
Həmin dövrdə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 milyon ədəd daha çox ağıllı telefon satılıb. LG, Vivo, Nokia və Blackberry-in ən çox ağıllı telefon satan şirkətlər siyahısında geridə olmaları diqqəti çəkir.
Ən çox satan ağıllı telefon markaları arasında Çin istehsalçıları da öndədirlər.
Ən çox satan ilk 5 marka arasında, dünyanın ən böyük üçüncü ağıllı telefon istehsalçısı olan Xiaomi ilə bərabər Çinin Huawei və Oppo markaları da var.
Son rübdə 90,1 milyon ağıllı telefon satmağı bacaran Apple, dünyanın ən çox ağıllı telefon satıcıları siyahısında Samsung-u keçib. Apple son rübdə satışlarını 22% artırıb, bazar payı da 23,4% olub. Apple, söz mövzusu dövrdə iPhone 12-i bazara çıxarmışdır.
Cənubi Koreyanın ağıllı telefon istehsalçısı Samsung, oktyabr-noyabr dövründə satışlarını 6,2% artırıb və 73,9 milyon ədəd sataraq dünyanın ən böyük ikinci ağıllı telefon satıcısı olub. Samsung-un bazar payı 19,1% olub.
Çinli ağıllı telefon istehsalçısı Xiaomi-nin son rübdə satışlarını 32% artırması diqqəti çəkir. Şirkət 43,3 milyon ədəd sataraq üçüncü yeri tutub. Bazar payı da 11,2% olub.
Digər Çin istehsalçısı Oppo isə söz mövzusu dövrdə 33,8 milyon ədəd telefon satıb, 8,8% bazar payı ilə dördüncü yeri tutub.
Digər Çinli istehsalçı Huawei, 32,3 milyon ədəd ağıllı telefon sataraq beşinci yeri tutub. Şirkətin satışları 2020-nin son rübündə 2019-un eyni rübü ilə müqayisədə 42,4% azalıb, bazar payı 15,2%-dən 8,4%-ə geriləyib.
LG, Vivo, Nokia və Blackberry kimi digər ağıllı telefon markalarının satışları isə 112,4 milyon ədəd olub, bazar payları 29,1% təşkil edib.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
6 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
20 d. əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
42 d. əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub






.jpg)






.jpg)








