Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən tələb edilən sənədlər açıqlandı
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdən hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədləri açıqlayıb.
O bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur. Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.
Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























