Təbii inhisarlara nəzarət sistemi təkmilləşdiriləcək
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin perspektiv layihələri açıqlanıb.
Marja xəbər verir ki, Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib ki Dövlət Xidmətinin “2021-2023-cü illər üzrə Strateji Yol Xəritəsi”-də müəyyənləşdirilmiş tədbirlərin icrası, o cümlədən:
- Təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin təkmilləşdirilməsi,
- Dövlət satınalmalarının vahid internet portalının Dövlət Xidməti tərəfindən idarəolunması və fəaliyyətinin təkmilləşdirilməsi,
- “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2021–2025-ci illər üçün Dövlət Proqramı” layihəsinin hazırlanması,
- “2021-2023 Milli Standartlaşdırma Proqramı” çərçivəsində 3 il ərzində 1400-dən çox standartın qəbul edilməsi,
- Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə elektron platformanın yaradılması,
- Ölkənin laborator-sınaq infrastrukturu potensialının gücləndirilməsi,
- Əhaliyə və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması,
- Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur.
Məmməd Abbasbəyli əlavə edib ki, işçi qruplar tərəfindən müvafiq sahələr üzrə (Dövlət satınalmaları, Rəqabət məcəlləsi, Keyfiyyət infrastrukturu sistemi və İstehlak bazarına nəzarət və İstehlakçı hüquqlarının müdafiəsi) təhlillərin aparılması və islahatlar üçün tələb olunan normativ aktların hazırlanması işi davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















