İnvestorlar üçün real startap fürsətləri!
(®️) Ölkəmizdə innovasiya ekosisteminin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilk startap proqramını başa çatdırıb.
Ötən ilin iyununda elan edilmiş müsabiqə əsasında seçilən 12 komanda Mərkəzdə inkubasiya mərhələsi keçib. Bu komandaların üzərində çalışdıqları layihələrin çoxu maliyyə texnologiyaları (FinTech) sahəsinə aiddir. Mərkəzin ilk rezidentləri sırasında Azərbaycan Beynəlxalq Bankının ötən il keçirdiyi 1-ci IBA Regional Hakatonunda iştirak etmiş komandalar da var.
İnkubasiya dövründə komandalara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq köməyi, texniki dəstək göstərilib. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər cəlb edilib. Komandalar lazımi infrastruktur imkanları ilə təmin edilib. Bazar reallıqlarının, real tələblərin təhlili üçün müştərilərlə görüşlər təşkil olunub.
Startap layihələrinin inkubasiya dövründən sonra ilkin kapital əldə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankı IBA İnvestor Klubunu da yaradıb. Bu klubun məqsədi Bankın tərəfdaşları arasından potensial investorları bir araya gətirmək və startap layihələrini onlara təqdim etməkdir. Hazırda Klub çərçivəsində ayrı-ayrı investorlarla startapçıların görüşləri keçirilir. Layihələrə ilkin investisiya qoyuluşu məsələləri müzakirə edilir. İnkubasiya proqramında iştirak etmiş komandaların işgüzar çevrəsinin formalaşmasına şərait yaradılır.
Fevralın 27-də isə startap layihələrinin onlayn təqdimatı tədbiri təşkil ediləcək. Maraqlanan hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə təqdimata qatılıb startap layihələri ilə tanış ola, investisiya imkanlarını dəyərləndirə bilər. Qeydiyyat üçün: https://ibainnovation.az/demoday
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)




