"Yoldan istifadə haqqına dair təklifləri Tarif Şurasına təqdim etmişik"
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu 2022-ci ilin may ayında istifadəyə veriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu 2022-ci ilin may ayında istifadəyə veriləcək. Daha əvvəl yolun 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası ilə əlaqədar işlər uzandı", - deyə Məmmədov bu gün mətbuat konfransında bildirib.
O, həmçinin deyib ki, bu yoldan istifadə haqqına dair təkliflər Tarif Şurasına təqdim edilib.
Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq.
Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.
Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.
Yeni yol H.Z.Tağıyev qəsəbəsindən Rusiya ilə sərhədə qədər çəkilir və mövcud Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna alternativ olacaq.
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















