Azərbaycan və Çexiya turizmi müzakirə edib
Martın 4-də Azərbaycan və Çexiyanın turizm sənayesini təmsil edən 40 şirkət arasında B2B (Biznesdən-biznesə) formatında 150 onlayn görüş keçirilib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, görüş Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” (AZAL), Azərbaycanın Çex Respublikasındakı Səfirliyi, Çex Respublikasının Azərbaycandakı Səfirliyi, Çex Respublikasının ticarət ofisinin Bakıdakı nümayəndəliyi, Çexiyanın Regional İnkişaf Nazirliyinin təmsilçilərinin və iki ölkənin biznes və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Onlayn tədbir müddətində iki ölkə arasında turizm və qonaqpərvərlik əlaqələrinin təbliğatı, eləcə də bu sahədə ölkələrarası əməkdaşlığın təşviqi müzakirə edilib.
İştirakçılara Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr, turizm sektorunda hazırkı vəziyyət, turizm məhsulları, cari layihələr və görüləcək işlər haqda məlumat verilib.
Hər iki ölkə nümayəndələri qarşılıqlı və aktiv tərəfdaşlıq üçün yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





