Daşıyıcı şirkətlərin Gömrük Komitəsindən şikayətləri davam edir
Son dövlər Gömrük Komitəsinin xaricidən gətirilən malların daşınması prosesinə əlavə və dəyişikliklərindən sonra həm daşıyıcı şirkətlər, həm də əhali öz narazılıqlarını bildirirlər. Gömrük Komitəsi isə hər şeyin qaydasında olduğunu bildirir.
Bu gün, Azərbaycanın aparıcı çatdırılma şirkətlərindən biri olan "Starex" MMC-nin həmtəsisçisi Sabir Niftaliyev sosial şəbəkədə Gömrük Komitəsi ilə şirkət arasında yaşanan növbəti anlaşılmazlıq haqqında məlumat vermişdir. O iddia edir ki, gömrük məmurları özlərinə şirkət qurublar və bu mexanizmlə mövcud şirkətləri bazardan sıxışdırmaq niyyətindədədirlər.
O bu haqqda yazır:” Köhnə şirkətlər sıxışdırılır. Yenilərə şərait yaranır. Səbəb nədir? İcazə verin şübhələnək…
Yeni "smart customs" sisteminin tətbiqindən sonra poçt operatorlarının (hərçəndki gömrük onları daşıyıcı şirkət adlandırır) xarici anbarlardakı iş yükü də, xərci də xeyli artıb. Təsəvvür edin əvvəl gələn bağlamalar sistemə işlənib birbaşa göndərişə hazır vəziyyətə gətirilirdi, indisə bağlamalar anbara daxil olduqdan sonra gözlədilməli, vətəndaş bəyan etdikdən sonra göndərilməlidir. Bu sistemə keçid mərhələsində də kiçik problemlər olması qaçılmazdır. Bəs bu kiçik problemlərə görə şirkəti və müştərini incitmək nə dərəcədə doğrudur? Konkret nümunə üçün bunu deyim ki, dünən gömrük anbarına daxil olan bağlamalardan biri unudulub xarici anbarda qalıb. İndi gömrük deyir ki, o bir bağlama da gəlsin bunları elə çıxarda bilərsiz. Bunda hansısa məntiq əlbəttə ki, yoxdur. Mən artıq bəzi gömrük məmurları özlərinə şirkət qurub və bu mexanizmlə də mövcud şirkətləri sıxışdırmaq niyyətindədədirlər deyə düşünürəm. Mən hələ ki, düşünürəm bunun dəqiq olduğunu yəqin edəndən sonra sizinlə münasibət tam fərqli olacaq. Sonra da çıxıb "bizim xidmətimizdə hansısa qüsur yoxdur" deyə bəyanat verəcəklər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















