Azərbaycanda ilk dəfə mal-qaranın sığortası kalkulyatoru - İSTİFADƏYƏ VERİLİB
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kəndə təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib.
Aqrar Sığorta Fondundan Marja-ya daxil olmuş məlumata görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər.
Xatırladaq ki, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.
Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.
Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50%-ni dövlət ödəyir.
Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də, istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.
Kalkulyatordan istifadə edərkən, sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.
Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar (https://asf.gov.az/insurance-calculators/livestock-insurance)
Xatırladaq ki bir neçə gün əvvəl Azəraycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/crop-insurance)
Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir.
Qarşıdakı aylarda sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.
Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 54 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun




















