Azərbaycanda vergi ödəyicilərinin sayı 1,2 milyonu da keçib - 161 MİNDƏN ÇOX ARTIM
2021-ci ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 231 min 572 vergi ödəyicisinin 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 161 min 80 vahid (15,1 faiz) artıb ki, bunun da 94,5 faizi fiziki, 5,5 faizi hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı əsasən kommersiya qurumları hesabına artıb (müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 6,8 faiz artıb).
2021-ci ilin əvvəlindən 1776-sı yerli investisiyalı olmaqla 1910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.
Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 faiz artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 faiz azalıb. Bu vergi ödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə əlaqədardır.
2021-ci ilin yanvar və fevral aylarında qeydiyyata alınmış kommersiya qurumlarının 85,1 faizi elektron qaydada müraciət edib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi isə 91,7 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 307 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,3 faiz təşkil edib.
2021-ci ilin yanvar-fevral ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2115, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 558 vahid təşkil edib. Bu dövrdə fəaliyyəti passivləşmiş (fəaliyyəti dayandırılmış) hüquqi şəxslərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,5 faiz azalıb. 2021-ci ilin iki ayında qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.281 vahid çoxdur.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,3 faizi kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,3 faiz artıb. Hazırda ümumi kommersiya qurumlarının 58,3 faizinin vəziyyəti aktivdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb və hazırda 23.627 təşkil edir.
2021-ci ilin 1 mart tarixinə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir.
2021-ci ilin yanvar-fevral aylarında 134 xarici investisiyalı kommersiya hüquqi şəxsləri qeydiyyata alınıb ki, onların da 32,1 faizi ticarət, 27,6 faizi xidmət, 10,4 faizi tikinti, 29,9 faizi digər sahələrdə fəaliyyət göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
13 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
13 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
13 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 14 saat əvvəl
-
14 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















