"Türkiyədən 130 milyon dollarlıq xammal və ehtiyat hissələri almışıq"
"Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil olan müəssisələr Türkiyənin müvafiq qurumlarından bu günə qədər 130 milyon dollar həcmində xammal və ehtiyat hissələri alıb".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur: “Bildiyiniz kimi, hər iki dövlət arasında Yüksək Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, hər iki ölkənin güc strukturlarının iştirakı ilə hərbi dialoq keçirilir, iclaslarda Müdafiə Sənayesi Nazirliyi iştirak edir”.
Nazir qeyd edib ki, həm şura, həm də hərbi-texniki əməkdaşlıq çərçivəsində qəbul edilmiş qərarlar vaxtaşırı müzakirə olunur və onların həlli istiqamətində müvafiq işlər görülür: “Bunun nəticəsidir ki, bu gün biz Türkiyənin bir sıra şirkətləri ilə sıx əməkdaşlıq edirik”.
Y.Camalov vurğulayıb ki, Azərbaycan 4 növ tapançanı Türkiyənin özəl şirkəti ilə birgə istehsal edir, həmçinin gecəgörmə nişangahlarının birgə istehsalı nəzərdə tutulur: "Azərbaycanda optik nişangahların təmir servis bazasının yaradılması istiqamətində danışıqlar gedir, bundan əlavə, MP5 tapança avtomatlarının birgə istehsalı həyata keçirilir".
Qeyd edək ki, mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2017” XIII beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.
Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin müdafiə naziri Zakir Həsənov iştirak edirlər.
Sərgiyə dünyanın 50 ölkəsindən 300-dək şirkət qatılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





