Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 1,211 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılmış hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,6% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 72 mln. manatı ATM-lər vasitəsilə, 473 mln. manatı POS-terminallar vasitəsilə, 666 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
Bu ilin fevral ayında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 2,595 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib. Bu göstərici 2021-ci ilin yanvar ayı ilə müqayisədə 16%, ötən ilin fevral ayı ilə müqayisədə isə 17,1% artıb.
Kredit kartlarına gəldikdə, fevral ayında ölkədə bu kartlar ilə 157 mln. manatlıq əməliyyatlar həyata keçirilib ki, bu da aylıq ifadədə 4,7%, illik müqayisədə isə 6,8% çoxdur. Sözügedən əməliyyatların 145 mln. manatı ölkə daxilində, qalan 12 mln. manatı isə ölkə xaricində həyata keçirilib.
Debet kartları ilə isə fevralda 2,437 mlrd. manatlıq əməliyyatlar aparılıb ki, bu da aylıq müqayisədə 16,8%, illik müqayisədə isə 17,8% çoxdur. Sözügedən əməliyyatların 2,328 mlrd. manatlıq hissəsi ölkə daxilində, qalan 109 mln. manatı isə ölkə xaricində həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin martın 1-nə Azərbaycanda dövriyyədə 8,458 mln. ədəd debet kartı və 1,121 mln. ədəd isə kredit kartı var. Beləliklə son bir ildə debet kartlarının sayı 21,8%, kredit kartlarının sayı isə 26% artıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















