PAŞA Bankın yeni İnkişaf Strategiyasının prioritetləri müəyyənləşib
®️Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, 2021-2023-cü illər üçün yeni İnkişaf Strategiyası üçün prioritetləri müəyyənləşdirib.
Növbəti 3 il ərzində PAŞA Bankın inkişafındakı əsas diqqət idarəetmədə “agile” metodologiyasının tətbiqi, fəaliyyətin tam rəqəmsal transformasiyasının təmin edilməsi, müştərilərlə münasibətlərin təkmilləşdirilməsi və yeni maliyyə vasitələrinin əlçatan olması kimi istiqamətlərdə qarşıya qoyulmuş hədəflərə çatmağa yönəldiləcək. İnnovasiyalara açıq olan, ölkədə və regionda trendləri formalaşdıran maliyyə institutu kimi PAŞA Bank, bizneslərin etibarlı tərəfdaşı qismində mövqeyinin daha da gücləndirilməsinə də önəm verəcək.
Öncəki illərdə olduğu kimi, Bankın bütün səyləri müştərilərlə birlikdə iqtisadiyyatın real sektorunun təmsilçiləri üçün ən əlverişli maliyyə məhsullarının və xidmətlərinin hazırlanmasında, sahibkarlara rəqəmsal kanallar vasitəsilə xidmət göstərilməsində, eləcə də Azərbaycan bazarının dayanıqlı inkişafına dəstək verəcək ən yaxşı dünya ölkələri təcrübələrinin tətbiq edilməsində cəmlənəcək.
Strategiyanın uğurla həyata keçirilməsi üçün PAŞA Bank öz Təşkilatı Strukturuna da müəyyən dəyişikliklər edib. Yeni struktur təşkilati idarəetmədə maksimum çevikliyə və qərar qəbuletmə prosesində səmərəliliyə nail olmağa imkan verən “agile” metodologiyasının bütün mühüm prinsipləri əsasında qurulub. Daha bir yenilik isə baş direktor vəzifəsinin təsis edilməsi olub. Belə ki, Anar Kərimov Komplayns və idarəetmə blokunun, Aqşin Mirzə-zadə Özəl Bankçılıq blokunun, Vüsal Xəlilov Texnologiyalar blokunun, Vasif Qasımov isə Təhlükəsizlik blokunun baş direktoru vəzifəsinə təyin edilib.
“Yeni strategiyamız çərçivəsində “agile” yanaşma yalnız texnoloji seqmentdə deyil, eyni zamanda müştəri münasibətlərinin idarə edilməsi modelinin təkmilləşdirilməsində, o cümlədən onlara xidmətdə alternativ kanallar üzərindən ən yeni maliyyə vasitələrinin tətbiq olunmasında da öz əksini tapacaq. Əminliklə deyə bilərik ki, 2021-2023-cü illər üçün İnkişaf Strategiyasının uğurla həyata keçirilməsi PAŞA Bankın iqtisadiyyatın real sektorunda liderlik mövqeyini və ölkənin aparıcı rəqəmsal maliyyə institutu olaraq etibarlı tərəfdaş nüfuzunu daha da gücləndirəcək”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Bankın yeni İnkişaf Strategiyası ilə bu keçiddən tanış ola bilərsiniz: www.pashabank.az/about_us/lang,az/#!/structure/
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















