Məşhur reytinq agentliyindən SOCAR ilə bağlı yeni qərar
"Moody's Investors Service" ("Moody's") şirkəti SOCAR-ın (şirkətin tabeliyində olan müəssisələr) korporativ, defolt və üstün hüquqa malik təminatsız notlar üzrə reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib.
Agentliyin yaydığı məlumata görə, dövlət neft şirkətinin baza kredit ödəmə qabiliyyəti reytinqi isə "b1" səviyyəsində təsdiqlənib. Şirkət həmçinin SOCAR-ın reytinqləri üzrə proqnozunu "stabil"dən "müsbət"ə yüksəldib.
"Moody's" bildirir ki, bu yaxşılaşdırma Azərbaycanın reytinqləri üzrə proqnozunu artırılmasından irəli gəlir. Reytinqlərin sözügedən səviyyədə təsdiqlənməsi isə SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələrini, habelə Azərbaycanın iş və makroiqtisadi mühitinin təsirini əks etdirir. Agentliyə görə, ölkənin monetar və makro siyasət çərçivəsindəki irəliləyişi SOCAR-ın əməliyyat və makroiqtisadi mühitini tədricən yaxşılaşdıraraq şirkətin kredit profilini dəstəkləyəcək.
Qeyd edək ki, "Moody's"in qiymətləndirməsinə əsasən, SOCAR-ın kredit ödəmə qabiliyyəti reytinqinin "b1" səviyyəsində təsdiq olunması şirkətin Azərbaycanın neft-qaz sektorunda və milli iqtisadiyyatdakı əsas rolunu, stabil karbohidrogen istehsalı həcmlərini, "Moody's"in SOCAR-ın kredit göstəricilərinin 2021-ci ildə neft və qaz qiymətlərindəki bərpa ilə əlaqədar olaraq yaxşılaşacağını gözləməsini, əhəmiyyətli vəsait balansını, rahat borc ödəmə qrafiki ilə dəstəklənən şirkətin adekvat likvidliyini və xeyli ehtiyatı olan və ehtiyac olduqda şirkətə maliyyə dəstəyi verə biləcək vəziyyətdə olan Azərbaycan dövləti ilə sıx əlaqələrini əks etdirir.
Xatırladaq ki, "Moody's" Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib və ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib. "Müsbət" proqnoz şirkətin ölkədə idarəetmənin və xüsusilə siyasət effektivliyinin artması üzrə yeni qiymətləndirməsini əks etdirir və bunun dövlətin kredit profilinin dayanıqlığını artıra biləcəyin istisna etmir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 49 d. əvvəl
-
55 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)




.jpg)







