“Nikoyl Bank”ın 8%-ə yaxını satışa çıxardıldı
Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, 08 may 2017-ci il tarixindən etibarən Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilmişdir.
Məlumata görə, 10.05.2017-ci il tarixində Bankın 7 351 368 ədəd səhmi alternativ bazar seqmentində ilkin 0.10 AZN ticarət qiymətilə satışa təqdim ediləcək.
Bankın saytında verilən məlumata görə, "TOPAZ İNVESTMENTS" QSC (91,84%), "NİKOYL" QSC (7,97%) və "ISR HOLDING" MMC (0,19%) Bankın səhmdarlarıdır.
"Marja" xəbər veri ki, səhmin ilkin ticarət qiymətinin Bankın bir səhminin nominal qiymətindən 20 dəfə ucuz satılması diqqəti cəlb edir. Belə ki, Nikoyl Bankın 184 milyon 500 min manatlıq nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 92 milyon 250 min ədəd səhmdən ibarətdir.
Satışa təqdim olunan 7 351 368 ədəd səhm cəmi səhmlərin 7,97%-nə bərabərdir. Beləliklə, məlum olur ki, səhmləri birjada satışa çıxardan "NİKOYL" QSC –dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























