Çip böhranının növbəti qurbanları - General Motors və Hyundai
GM 5 zavodunu müvəqqəti bağlayıb, Hyundai 1 zavodunda işi saxlayıb.ABŞ-ın General Motors şirkəti qlobal çip təchizatındakı ləngimələr səbəbindən ABŞ-da və digər ölkələrdə yerləşən 5 istehsal müəssisəsinin fəaliyyətini müvəqqəti dayandırıb.
Marja xəbər verir ki, işlərin dayandığı zavodlara Tennesidəki Spring Hill, Miçiqandakı Lansing Delta, Kansas Sitidəki Fairfax yığma fabriki, Meksikada Chevrolet Blazer modelini istehsal edən Ramos zavodu və Ohiodakı orta ölçüyü yük maşınları müəssisəsi daxildir.
Meksikadakı digər zavod - San Luis Potosidəki istehsal müəssisəsi bu həftədən etibarən Equinox və GMC Terrain modellərinin istehsalını bərpa edəcək. General Motors hazırda inventarında qalan satış üçün hazır avtomobillərin 2020-ci ilin mart ayı ilə müqayisədə 18% azaldığını bildirib.
Pandemiya səbəbindən qlobal çip istehsalı və təchizatında yaranan ləngimələr bir sıra texnologiya sahələrini, ilk növbədə isə iri avtomobil istehsalçılarını çətin vəziyyətdə qoyub. Şimali Amerika və Avropada 100-lərlə zavod fəaliyyətini müvəqqəti dayandırıb. Ötən ili 122 milyard dollar gəlir və 7 milyard dollara yaxın xalis mənfəətlə başa vuran General Motors 2021-ci ildə 2 milyard dollar gəlir itkisi ilə üzləşəcəyini proqnozlaşdırır.
Cənubi Koreyanın ən iri avtomobil istehsalçısı Hyundai Motor isə çip çatışmazlığına görə Asan zavodunda işləri 2 günlük dayandırdığını bildirib. İllik istehsal gücü 300 min avtomobil olan zavod xüsusilə Sonata və Grandeur sedanlarının əsas təchizatçılarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















