Mercedes Teslaya meydan oxuyur – yeni lüks elektromobil gəlir
Alman avtomobil nəhəngi bu yay EQS modelini satışa buraxacaq.Avropanın ən iri avtomobil istehsalçılarından Mercedes-Benzin ana şirkəti Daimlerin baş icraçı direktoru Ola Kallenius cari ilin yayında EQS modelli lüks elektrikli avtomobilin satışa çıxacağını açıqlayıb.
Marja xəbər verir ki, qurumun rəhbəri “yeni modelin indiyə qədər Mercedes tərəfə baxmayan müştəriləri də cəlb edərək, tezliklə bazarları fəth edəcəyini” bildirib.
Lüks salonlu S-class modelinin elektrikli akkumulyatorla işləyən versiyasını təqdim edən Kallenius növbəti 18 ay ərzində daha bir elektrikli E-class seriyasının və iki idman tərzində yolsuzluq avtomobilinin bazar girəcəyini də bəyan edib. Həmin periodun sonunda yeni elektromobillərin Avropa, Çin və ABŞ bazarı üçün əlçatan olacağını açıqlayan baş direktor EQS-in tam enerji tutumu ilə 770 km-ə qədər məsafə qət edə biləcəyini vurğulayıb. Bu göstərici ilə EQS Teslanın Model S və BMW-nin yaxın gələcəkdə nəzərdə tutulan iNEXT versiyalarını üstələyir.
Ekspertlər Mercedesin bu həmləsi ilə bir sıra elektromobil istehsalçıları, o cümlədən bazarın lideri Tesla ilə amansız rəqabət aparacağını proqnozlaşdırırlar. Hələlik elektrikli avtomobillərin qiyməti açıqlanmasa da, Arndt Ellinghorst spesifikasiyalardan asılı olaraq qiymətin 80 min-150 min avro arasında dəyişəcəyini proqnozlaşdırır.
Ötən il akkumulyatorla qidalanan və hibrid tipli 160 min avtomobil satan Mercedes 2021-ci ildə elektrikli avtomobillərin satışını ikiqat artırmağı hədəfləyir. Ana şirkət Daimlerin səhmləri ötən ilin martındakı durğunluqdan sonra 200 faizə yaxın artaraq, bir səhmə görə 76-76 avro həddində qərarlaşıb. Dəyərin artmasına həmçinin Çinə 222 mindən artıq avtomobil satan Mercedesin rekordları da təkan verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















