Bir neçə il zərərdən sonra Yelo Bankdan 5,7 milyon manat xalis mənfəət!
Anar Həsənov: “Yeni strategiyamızın bəhrəsini artıq görürük”.Ardıcıl bir neçə il zərər açıqlamış Yelo Bank 2021-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Yelo Bankdan Marja-ya daxil olmuş məlumata görə, hesabat dövründə Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika qeyd olunub.
Qeyd edilib ki, 2020-ci ilin dördüncü rübü ilə müqayisədə Bank cari ilin birinci rübündə gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Nəticədə Bank hesabat dövrünü 5.7 milyon manat xalis mənfəətlə başa vurub. Eyni zamanda Bankın cəmi aktivləri 10.5 milyon manat artaraq 401.4 milyon manata çatıb.
Bankın kredit portfelində də nəzərə çarpan müsbət dinamika müşahidə olunub. Belə ki, ümumi kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.5% artaraq 328.4 milyon manata çatıb. Hesabat dövrü üzrə portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmində 20 milyon manat, istehlak kreditlərində isə 8 milyon manat artım olub.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri iki dəfədən çox artaraq 9.9 milyon manat təşkil edib.
Hazırda Bankın məcmu kapitalı 59.4 milyon manatdır, bu isə requlyativ tələbdən 9.4 milyon manat çoxdur.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini şərh edib: “Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir. Hazırda əsas məqsədimiz pandemiya şəraitində müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









