“Ziraat Bank Azərbaycan”ın gəlirləri artıb
“Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin 1-ci rübünü 492 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 7 milyon 130 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 645 min manat, əməliyyat mənfəəti 1 milyon 485 min manat təşkil edib. Bank əməliyyat mənfəəətindən 992 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından ilk rübü 492 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 5 milyon 646 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 762 min manta təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 883 min manat əməliyyat mənfəəti yaranmışdı. “Ziraat Bank Azərbaycan” əməliyyat mənfəətinin 1 milyon 270 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından həmin ilin ilk rübünü 612 min manat xalis mənfəət ilə bağlamışdı.
2020-ci ildə “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 4 milyon 157 min manat ikən, 2021-ci ilin ilk rübündə 5 milyon 578 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 1 milyon 489 min manatdan 1 milyon 552 min manata qalxıb. Xalis mənfəətin azalması xərclərin artması ilə əlaqədardır. Hazırda “Ziraat Bank Azərbaycan” yeni texnologiyaların tətbiqinə və filial şəbəkəsinin genişləndirilməsinə investisiyalar yatırır.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” ASC 328 milyon 577 min manat cəmi aktivlərə, o cümlədən 167 milyon 853 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 298 milyon 961 min manat cəmi aktivlərə və 158 milyon 309 min manat kredit portfelinə malik idi.
31 Mart 2020-ci il tarixində isə “Ziraat Bank Azərbaycan” 249 milyon 396 min manat cəmi aktivlərə malik olmuş, aktivlərin 150 milyon 765 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
İlk rübdə Bankda cəmi depozitlər isə 151 milyon 868 min manatdan 181 milyon 242 min manata yüksəlib (29 milyon 374 min manat artım).
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” ASC 71 milyon 62 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 70 milyon 83 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
9 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
9 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
9 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN














.jpg)







