Naftalana gələn turistlər yeni çəkilən yolla Qarabağa səfər edəcəklər
Naftalana gələn turistlər öz istirahətlərini şəhərə ən yaxın məsafədə yerləşən, dağların qoynunda sıx meşə və bulaqlarla zəngin Goranboy rayonunun səfalı Ağcakənd qəsəbəsində təşkil edə və təbiət gözəlliklərindən zövq ala biləcəklər.Vətən müharibəsindən sonra keçmiş təmas xəttinə yaxın bölgələrdən olan Naftalan şəhərində turizm və şəhər iqtisadiyyatının daha da inkişafı üçün böyük perspektivlər yaranıb. Belə ki, əsrarəngiz təbiətə malik Qarabağın işğaldan azad edilməsi, son illərdə müalicəvi turizmin inkişafında dünya şöhrəti qazanmış və Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalana gələn yerli və xarici turistlərin ekoturizm marşrutlarından da istifadəsinə şərait yaradıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu məqsədlə Naftalandan Goranboy rayonunun Səfikürd kəndinə gedən 7 kilometr uzunluğunda yolun bərpasına başlanılıb.
Bu vaxta qədər yolun köhnə asfalt örtüyü qaşınıb. Hazırda yol yatağının hamarlanması və bərkidilməsi işləri görülür. Bu yol bərpa edildikdən sonra Naftalana gələn turistlər öz istirahətlərini şəhərə ən yaxın məsafədə yerləşən, dağların qoynunda sıx meşə və bulaqlarla zəngin Goranboy rayonunun səfalı Ağcakənd qəsəbəsində təşkil edə və təbiət gözəlliklərindən zövq ala biləcəklər.
Səfikürd kənd əhalisinin bir hissəsinin iş yeri Naftalan şəhərində olduğundan, yeni yolun inşası həm də sakinlərin gediş-gəlişini asanlaşdıracaq.
Yaxın vaxtda Talış yaşayış məntəqəsindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 kilometr uzunluğunda yeni yolun inşası da planlaşdırılır. Bu avtomobil yollarının birləşdirilməsi ilə Naftalan şəhərindən həmin istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə Naftalana gələn yerli və xarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, cənnət Qarabağa səfər edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















