Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
(®️) Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi. Bu xidmət vasitəsilə Kapital Bank-ın korporativ və biznes müştəriləri, artıq şirkətlərarası və beynəlxalq köçürmələri sürətli, etibarlı və daha az əməliyyat xərcləri ilə göndərmək və qəbul etmək imkanı əldə edəcəklər.
Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaf olmasını, cari vəziyyətini, pul axınına nəzarəti izləməyə imkan yaradır.
Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu unikal platformanın əsas xüsusiyyətlərindən biridir. Yeni innovativ sistemi tətbiq etməklə Kapital Bank, həm ölkənin rəqəmsal imkanlarının genişlənməsinə, həm də sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







