Keçmiş “Xəzər adaları”nda təmir işləri aparılacaq
“Azərbaycan Sənaye Korporasiyası” ASC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni şəhər” kompleksində müxtəlif adda təmir işlərinin satın alınması ilə əlaqədar elektron tender keçirir.
Marja.az-ın məlumatına, iddiaçılar 31 may 2021-ci il tarixinə qədər tender təkliflərini “Azərbaycan Sənaye Korporasiyası”na təqdim etməlidirlər.
Qeyd edək ki, “Yeni şəhər” kompleksi iş adamı Hacı İbrahim Nehrməli tərəfindən tikintisinə başlanılmış “Xəzər adaları” kompleksidir. İbrahim Nehrməli bankdan götürdüyü krediti ödyə bilmədiyi üçün kompleks “Azərbaycan Sənaye Korporasiyası”nın balansına keçib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
"Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulduğu bildirilmişdi. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcəkdi.
Açıq tenderə görə, qalib şirkətlər ərazidə asfaltbeton döşəmənin bərpasından poletilen boruların quraşdırılmasına qədər 40-dan artıq işi həyata keçirməli olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























