Yol polisi: Yuxu və istirahətə əməl etmədən, yorğun avtomobil sürənlər artıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən Marja-ya daxil olan müraciətdə yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsinin pandemiya şəraitində uzun müddət evdə qalmış vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaratdığı qeyd olunub. Bildirilib ki, bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.
Qeyd olunub ki, avtomobil yollarında son vaxtlar baş vermiş yol-nəqliyyat hadisələri üzrə təhlil aparılarkən bir çox halda sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən, yorğun formada nəqliyyat vasitələrini idarə etmələrinin ağır nəticəli qəzalara səbəb olduğu müəyyənləşdirilib. Hətta bəzən bu kimi vəziyyətlərdə avtomobilin idarə olunması nəticəsində eyni istiqamətdə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa hissəsinə, yol kənarında yerləşən maneələrə toxunulmaqla qəza baş verib ki, sürücü və ya sərnişinlər həlak olub, yaxud müxtəlif dərəcəli bədən xəsarəti alıb.
“Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.
Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi üçün müvafiq şərait yaradılıb.
Unutmaq olmaz ki, istirahət rejiminə əməl edilmədən, uzun müddət, fasiləsiz nəqliyyat vasitəsinin idarə olunması sürücülərin özləri ilə yanaşı, avtomobildə olan sərnişinlər və digər hərəkət iştirakçıları üçün potensial təhlükədir”, - deyə müraciətdə vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























