"Araz Supermarket", vaxtı ötmüş məhsullar satdığı iddiası ilə məhkəməyə verilib - YENİLƏNİB
15:54 - "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimələndiyi bildirilir.
Məlumata görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Vüqar Məmmədovun icraatındadır.
MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə tərtib olunub.
XXX 17: 30
“Araz Supermarket: “Məhkəməyə verilmişik, amma cərimələnməmişik"
Qeyd olunan məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsindən Marja-ya bildirildi ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən müştəri müraciəti əsasında "Araz Supermarket" MMC -yə məxsus mağazadan alınması iddia olunan şokolad məhsulunun istehlak müddətinin bitməsi ilə bağlı araşdırılma aparılmışdır:
"Lakin sözügedən məhsulun həqiqətən “Araz Supermarket” MMC -dən alınması faktı öz təsdiqini tapmamışdır. İş üzrə toplanmış materiallar baxılması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
İş hazırda məhkəmənin icraatındadır və “Araz Supermarket” MMC barəsində cərimə təyin edilməsi barədə məhkəmə qərarı qəbul edilməmişdir".
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
©️ “Report”
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 2 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















